KKTC-də Türk Dünyasının problemlərinə həsr olunmuş Beynəlxalq Simpozium keçiriləcək

KKTC-də Türk Dünyasının problemlərinə həsr olunmuş Beynəlxalq Simpozium keçiriləcək

Dekabrın 2-5-də Kuzey Kıprıs Türk Cümhuriyyətində (KKTC) Avrasiya Ekonomik İlişkilər Dərnəyi, Lefke Avropa Universiteti ilə birgə "XXI əsrdə Türk Dünyası" mövzusunda Beynəlxalq Simpozium keçirəcək.

ATXƏM-in Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, KKTC-nin Cumhurbaşkanı dr. Dərviş Eroğlu, KKTC-nin başbakanı İrsen Küçükün də qatılacağı beynəlxalq Simpoziumda Türk Dünyası və KKTC, Türk Dünyasında siyasi, sosial-iqtisadi, diplomatik, elm, təhsil, mədəni və tarixi əlaqələrlə bağlı müzakirələr aparılacaq, Türk Dünyası üçün vacib olan gələcək strateji hədəflər müəyyənləşdiriləcək.

8 oturumdan ibarət olacaq müzakirələrdə Türk Dünyası QHT-ləri arasında əlaqələrin qurulması ilə bağlı da ayrıca bir müzakirələrin keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov Beynəlxalq Simpoziumdakı çıxışında Dağlıq Qarabağ problemi ilə bağlı məsələləri gündəmə gətirəcəkdir .s

Bütün xəbərlər Facebook səhifəmizdə