“Azərbaycan və Türkiyə ortaq dəyərlərə, milli köklərə bağlı qardaş ölkələrdir” AÇIQLAMA
“Azərbaycan və Türkiyə iki qonşu və strateji baxımdan partnyor dövlətlərdir”. Bunu SİA-ya açıqlamasında Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov deyib.
Onu sözlərinə görə, eyni zamanda, ortaq dəyərlərə, milli köklərə bağlı qardaş ölkələrdir: “Bu baxımdan əlbəttə ki, qonşu və qardaş ölkədə baş verən hadisələr, siyasi proseslər ölkəmiz üçün də maraq və həm də, əhəmiyyət kəsb edir. Azərbaycan və Türkiyəni ortaq geopolitik maraqlar, iqtisadi layihələr birləşdirir. Və ona görə də bu ölkədə baş siyasi proseslər bizim üçün də xeyli maraqlıdır. Qardaş Türkyə dövləti son illərdə dünyada gedən qlobal siyasi proseslərə çıxış əldə etməyə çalışan, iqtisadi və siyasi maraqlarını kəskin şəkildə və qətiyyətlə ortaya qoymaq iddiasında olan siyasi xətt yeridir və əslində bu həm də böyük bir islam coğrafiyası üçün də əhəmiyyət kəsb edir. Türkdilli dövlətlərin də maraqları bu prosesdə qabardılır. Türkiyənin yürütdüyü siyasi xəttin mərkəzində təbii ki, ilk növbədə bu dövlətin maraqları dayanır, amma məsələ ondadır ki, bu maraqlar qardaş və dost dövlətlərin də maraqları ilə üst-üstə düşür. Ona görə də Türkiyənin siyasi manevr imkanlarının genişlənməsi, iqtisadi qüdrətinin yüksəlməsi bizim dövlətimiz üçün də müsbət təsirlərini göstərməkdədir. Türkiyə xalqı növbəti dəfə dünyaya öz demokrtiya əzmini nümayiş etdirdi və yeni dövlət rəhbərini seçdi. Bütün beynəlxalq müşahidəçilər, seçkiləri izləyən xarici nümayəndələr, beynəlxalq təşkilatların rəyi xalqın azad və demokratik seçimdə sərbəst olduğunu təsdiqlədi. Ölkənin bir nömrəli siyasi prosesinə qatılmış müxtəlif siyasi qütblü namizədlər arasında davam edən gərgin mübarizədə AKP-nin vahid lideri Rəcəb Tayyib Ərdoğanın qələbə qazanacağını proqnozlaşdırmaq əvvəlcədən də mümkün idi. Çünki, Türkiyə xalqı uzaq keçmiş olmayan 2016-cı ilin 15 iyul hadisələrində dövlətçiliyə münasibətini ortaya qoymaqla həm də birbaşa Ərdoğana olan münasibətini də ifadə etmişdi. O zamandan sonra Ərdoğanın siyasi nüfuzunun kəskin dəyişməsi isə müşahidə olunmamışdı. Hesab edirəm Azərbaycanla Türkiyənin münasibətləri növbəti illərdə də uğurla davam etdiriləcək. Hər iki dövlətin başçıları yeni seçiliblər və əvvəlki dost münasibəti davam etdirmək üçün xeyli uzun bir zaman əldə ediblər, bundan da istifadə edəcəklər və beləliklə, iki dövlətin münasibətləri yeni mərhələyə qədəm qoyacaqdır. Nəticədə, iki müttəfiq, dost, qardaş dövlət, xalq bu münasibətlərin inkişafından qazanacaqdır. Həm Azərbaycan xalqının lideri İlham Əliyev, həm Türkiyə xalqının lideri Ərdoğan dövlətlərin, xalqların maraqlarına cavab verən münasibətlərin inkişafında olduqca maraqlıdırlar və bunu dəfələrlə bəyan ediblər”.
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB