SMPDK 2 saylı Ərazi İdarəsinin Təcrübə Sınaq Mərkəzi istifadəyə verilib

SMPDK 2 saylı Ərazi İdarəsinin Təcrübə Sınaq Mərkəzi istifadəyə verilib

Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) 2 saylı Ərazi İdarəsinin Təcrübə Sınaq Mərkəzinin təqdimat mərasimi keçirilib.

SİA-nın bölgə müxbiri xəbər verir ki, tədbirdə komitənin paytaxtdan dəvət olunan əməkdaşları ilə yanaşı, bölgədə fəaliyyət göstərən sahibkarlar da iştirak edib. Yeni istifadəyə verilən mərkəzlə tanış olan qonaqlara məlumat verilib ki, mərkəz iki hissəyə bölünür. Belə ki, burada kənd təsərrüfatı və yeyinti məhsullarının müayinə laboratoriyaları, həmçinin ölçü vasitələrinin və sınaq avadanlıqlarının kalbirlənməsi laboratoriyaları quraşdırılıb. Kənd təsərrüfatı və yeyinti laboratoryasında məhsulların bioloji, mikrobioloji, fiziki, kimyəvi xüsusiyyətlərinin öyrənilməsi ilə yanaşı, insan sağlamlığına və ətraf mühitə zərər vura biləcək mikrobların aşkarlanması da artıq mümkündür.

Ölçü vasitələrinin və sınaq avadanlıqlarının kalibirlənməsi laboratoriyalarında isə ölçü vasitələrinin etalon nümunələrlə yoxlanılması aparılacaq.

Qeyd edək ki, avadanlıqlar Türkiyə dövləti və Avropa ölkələrindən gətirilib. Artıq yeni texnikalardan düzgün istifadə edilməsi üçün qurumun əməkdaşları üçün təcrübə keçirilib.

Tədbirdə iştirak edən komitənin Təcrübə Sınaq Mərkəzinin direktor müavini Qara Tağıyev bildirib ki, işçilər lazımı şəkildə öyrədilib.

Məlumat üçün əlavə edək ki, adıçəkilən komitənin 2 saylı Dövlət Nəzarəti İdarəsi ölkənin qərb bölgəsində xidmət aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə