Gəncə Sukanal Törəmə Səhmdar Cəmiyyətinin əməkdaşları suya görə borcu olan abonentlərin mənzillərində reydlərə start verib. SİA-nın bölgə müxbiri xəbər verir ki şəhərin "Məhrəsə Bağı" qəsəbəsində təşkil olunan yoxlamalar zamanı içməli suya və tullantı sularının axıdılmasına görə, dövlətə borcu olan abonentlərin su xətləri fərdi qaydada kəsilib. 16, 17, 18, 19, 20 saylı binalarda aparılan yoxlamalar zamanı əsasən bir il ərzində dölətə borcu olan abonentlərin suları kəsilib. Əvvəlcədən tətbiq edilən siyahıya uyğun təşkil olunan reydlərdə təxminən 30-dan artıq abonentin mənzilinə içməli suyun verilişi dayandırılıb.
Ümumiyyətlə, reydlər göstərib ki, yaşayış massivinin sakinlərinin əksəriyyəti ödəniş etməkdən imtina edir. Hər halda idarə əməkdaşlarının üzlərinə açılmayan qapılar deyilənlərin bariz nümunəsidir. Bundan əlavə bir sıra vətəndaşlar ailə tərkibinin sayını gizlədir.
Bildirək ki, reydlər ilin sonunadək davam etdiriləcək. Fərdi qaydada su xətləri kəsilən sakinlər isə borclarını ödəməklə yanaşı, kəsilən xətləri də şəxsi vəsaitləri hesabına bərpa edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB