Keçən həftə dünya ölkələrində kinoteatrlarda nümayiş etdirilən britaniyalı sehrbaz oğlan haqda "Herri Potter və Ölümsaçan Saxlanclar" ("Harry Potter and the Deathly Hallows") adlı bədii film ən gəlirli filmlər arasında yenə də möcüzə yaradaraq birinci yerə çıxıb.
SİA-nın xəbərinə görə, dünyanın 50-dən çox ölkəsində noyabr ayının 19-da ekranlara çıxan film 330 milyon dollar gəlir əldə edib. Film Amerika və Kanadada ən gəlirli debyütünü edərək, 125.1 milyon dollar toplayıb.
Herri Potter silsiləsindən əvvəlki altı film dünya üzrə 5.4 milyard dollar gəlir əldə edib. Flim yazıçı J.K.Roulinqin eyni adlı əsəri əsasında çəkilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB