İranın Nətənz nüvə təsislərində bəzi santrifüjlərdə uranı zənginləşdirmə fəaliyyətlərini müvəqqəti olaraq dayandırdığı açıqlanıb. SİA-nın xəbərinə görə, Beynəlxalq Atom Enerjisi Agentliyinin Vyanadakı diplomatik mənbələri İranın Nətənzdəki santrifüjlərdən bəzilərində uranı zənginləşdirmə fəaliyyətlərini texniki səbəblərlə müvəqqəti olaraq dayandırdığını bildiriblər.
İsrail mətbuatı isə 8500 santrifüjün olduğu Natanzın Stuxnet adlanan kompyuter virusunun hücumuna məruz qaldığını yazıb. İddiaya görə, virus santrifüjlərin mühərriklərini hədəfə alır və bərpa olunmayacaq şəkildə pozur.
İsrail mənbəli olduğu düşünülən virusun İranın nüvə proqramlarını hədəfə aldığı bildirilir. İran isə virusun nüvə proqramına zərər vermədiyini bəyan edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB