Fransa prezidenti Nikola Sarkozi dekabr ayında Türkiyəyə gəlir. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Avropa Birliyi ilə müzakirə prosesinə dair açıqlamaları ilə Ankaranın sərt reaksiyasına səbəb olan Fransa prezidenti ən son olaraq NATO sammitində raket müdaifə sistemləri ilə bağlı İranın hədəf göstərilməsində israr etməsiylə diqqət çəkdi.
Sarkozinin bu israrına Türkiyə prezidenti Abdulla Gülün sərt reaksiyası isə dünya mətbuatının gündəmində yer aldı. Bu fonda Sarkozinin gələn ay baş tutacaq səfəri xüsusi maraq doğurur.
Keçən ay Ankaraya gələn Almaniyanın baş naziri Anjela Merkeldən sonra Sarkozinin gəlişi Avropa Birliyi ilə müzakirələr yolunda önəmli addım sayılır
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB