İçərisində azərbaycanlı zəvvarların olduğu avtobus Türkiyədə qəzaya uğrayıb
İçərisində Azərbaycan vətəndaşlarının olduğu sərnişin avtobusu noyabrın 23-də Türkiyənin Sivas vilayətinin Şarkışla bölgəsində qəzaya uğrayıb. SİA-nın "cnntürk"ə istinadən verdiyi xəbərə görə, Avtobusda olan 32 sərnişindən 5 adam həlak olub, 28-i yaralanıb. İlkin ehtimallara görə, 90 DS 393 dövlət nömrə nişanlı avtobusun sürücüsünün idarəetməni itirməsi qəzaya səbəb olub.
Əraziyə dərhal təcili tibbi yardım, mülki müdafiə, polis və xilasedicilər cəlb edilmişdir. Yaxınlıqdakı sakinlər də xilasetmə işlərinə qatılıblar.
Qəzanın baş vermə səbəbləri araşdırılır.
Qafqaz Müsəlmanları İdarəsinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov ANS-ə açıqlamasında məlumatı təsdiq edib. Onun sözlərinə görə, avtobusda 31 Azərbaycan və 3 nəfər Türkiyə vətəndaşı olub.
Müqəddəs Payızovun sözlərinə görə, qəza uğrayan hacıları Azərbaycana gətirən avtobus ikinci karvanda olub. Birinci karvan isə artıq Gürcüstan-Azərbaycan sərhədinə yaxınlaşır. Onların sabah səhər tezdən Bakıda olacağı gözlənilir. Həlak olanların adları hələlik bəlli olmasa da, onların Bakının Sahil qəsəbəsinin sakinləri olduğu bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB