Azərbaycan prezidenti Almaniyanın keçmiş xarici işlər nazirini qəbul edib

Azərbaycan prezidenti Almaniyanın keçmiş xarici işlər nazirini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev noyabrın 23-də Almaniya Federativ Respublikasının keçmiş xarici işlər naziri, Almaniya hökumət koalisiyasına daxil olan Azad Demokrat Partiyasının fəxri sədri Hans-Ditrix Genşerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

SİA-nın məlumatına görə, qonaq Azərbaycanda gedən böyük inkişaf prosesləri barədə məlumatlı olduğunu, səfər müddətində Azərbaycanda sürətli iqtisadi inkişafı gözləri ilə gördüyünü qeyd edib, Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinə toxunraq, bu sahədə əldə edilən uğurların əhəmiyyətini vurğulayıb.

Öz növbəsində, prezident İ. Əliyev son illər Azərbaycanda gedən sürətli iqtisadi inkişaf proseslərindən danışıb. Azərbaycan iqtisadiyyatının ən sürətlə artan iqtisadiyyat olduğunu deyən dövlət başçısı ölkədə həyata keçirilən genişmiqyaslı iqtisadi islahatların önəmini qeyd edib.

Görüşdə Azərbaycanla Almaniya arasında ikitərəfli münasibətlər, energetika sahəsi və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə