Üzərində “Allah” sözü yazılan balqabaq

Üzərində “Allah” sözü yazılan balqabaq

Türkiyənin Mersin şəhərinin Mezitli mahalında yaşayan bir vətəndaşın yetişdirdiyi balqabağın sağ tərəfində ərəbcə "Allah" yazısı görənləri heyrətə salır. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, balqabaq yetişdirməklə məşğul olan 3 üç uşaq atası Kamal İncə, tarlasındakı balqabağları topladığı zaman üzərində qabarıq şəkildə yazılar olan balqabağı görüb.

 

Üzərində ərəbcə olan yazını anlamayan kənd sakini balqabağı məhəllədəki imama göstərib. İmam isə balqabağın üzərindəki yazının ərəbcə "Allah" sözü olduğunu deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə