Ombudsman: "Azərbaycanda 11 amnistiya aktı, 64 əfv sərəncamı imzalanıb"

Ombudsman: "Azərbaycanda 11 amnistiya aktı, 64 əfv sərəncamı imzalanıb"

"Azərbaycan yeganə ölkədir ki, burada qısa müddətdə 11 amnistiya aktı, 64 əfv sərəncamı imzalanıb". SİA-nın xəbərinə görə, bunu Ombudsman Elmira Süleymanova jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, sonuncu əfv sərəncamı əsasında 634 nəfər əfv olunub: "Onların 72-si ombudsman təqdim edib. Biz hər ayın son günündə mütləq şəkildə Əfv Komissiyasına müəyyən siyahı təqdim edirik. Ümumilikdə ombudsman tərəfindən təqdim olunmuş adlardan 638-i əfv olunub. Bu isə böyük bir kütlədir".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə