Avropa İttifaqının Azərbaycan nümayəndəliyi Lənkəranda tədbir keçirib
Noyabrın 23-də Avropa İttifaqının (Aİ) Azərbaycan nümayəndəliyi Lənkəran şəhərindəki Biznes Mərkəzində "İnsan haqları və demokratiyanın inkişafı" mövzusunda növbəti qrant layihəsinin təqdimatını keçirib. SİA-nın cənub bürosunun məlumatına görə, bölgədə fəaliyyət göstərən QHT rəhbərlərinin və KİV nümayəndələrinin iştirak etdikləri tədbirdə Aİ Azəbaycan nümayəndəliyinin əməkdaşları Cars Danl, Nikolay Bekasiak, Fuad Hüseynov və Naira Bağırova çıxış edərək layihənin şərtləri və istiqamətləri barədə ətraflı söz açıblar.
Bildirilib ki, 2008-ci ildə Aİ-nın Azərbaycanda tam səlahiyyətli nümayəndəliyinin açılması ilə bu ölkənin İttifaqla daha yaxın münasibətlər qurmaq sahəsində xeyli iş görülüb. Həmin müddətdən indiyə kimi Avropa İttifaqı tərəfindən Qarabağ bölgəsi əhalisinin içməli su təchizatının yaxşılaşdırılması, xüsusi qayğıya ehtiyacı olan uşaqların müdafiəsi, gənc qadınların liderlik məktəbi, əlillərin və kimsəsizlərin ehtiyaclarının ödənilməsi, bələdiyyələrin inkişafı və s. məqsədlərlə ümumilikdə Azərbaycana 3,8 milyon avro məbləğində qrant ayrılıb.
Təqdim olunan növbəti qrant layihəsi isə 1,5 milyon avro təşkil edir və burada region QHT-lərinin layihələrinə üstünlük veriləcəyi xüsusi vurğulanıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB