Azərbaycan Media Mərkəzi (AMM) və "Yeni Nəsil" Jurnalistlər Birliyi "Azərbaycanda debat mədəniyyəti" proqramı çərçivəsində növbəti debat təşkil edəcək. AMM-dən SİA-ya verilən xəbərə görə, debatın budəfəki mövzusu "Jurnalistika fakültəsinə qabiliyyət imtahanı lazımdırmı?" olacaq.
Debatda Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə və "525-ci qəzet"in redaktoru Rəşad Məcid iştirak edəcəklər. Polemikaya tanınmış jurnalistlər, media üzrə ekspertlər, KİV və QHT nümayəndələri də qatılacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB