Mübariz Əhmədoğlu: “Azərbaycan Ermənistana qarşı həm uzunmüddətli, həm də qısamüddətli müharibəyə tam hazırdır” - MÜNASİBƏT

Mübariz Əhmədoğlu: “Azərbaycan Ermənistana qarşı həm uzunmüddətli, həm də qısamüddətli müharibəyə tam hazırdır” - MÜNASİBƏT

Bu gün "Qarabağ saatı Mübariz Əhmədoğlu" layihəsi çərçivəsində növbəti tədbir keçirilib. SİA-nın məlumatına görə, Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin (SİTM) rəhbəri Mübariz Əhmədoğlu Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı olan son proseslərə toxunub.

 

Azərbaycanın Ermənistana qarşı həm uzunmüddətli, həm də qısamüddətli mübarizəyə tam hazır olduğunu deyən SİTM rəhbəri bildirib ki, bu zaman Ermənistana qarşı uzunmüddətli fəaliyyətin tərkib hissələri kimi bu ölkənin regional layihələrdən uzaqlaşdırılması prosesinin davam etməsi, Naxçıvanın regional elektroenerji mərkəzinə çevrilməsi, Naxçıvanın "mini Ermənistana" çevrilməsi, Ermənistan iqtisadiyyatmm ağırlıq mərkəzinin formalaşmasına imkan verilməməsi, xloropren zavodunun tikilməsi, mikron ölçülü alüminium folqa istehsalı texnologiyasmın əldə edilməsi məsələləri nəzərdə tutula bilər.

 

Yaxın müddətli mübarizənin isə iki istiqamətinin olduğunu deyən M.Əhmədoğlu birinci yolun diplomatik yolla Ermənistanın iflasını başa çatdırmaq, Ermənistanın bütün dünyanı aldatdığını bütün dünyaya sübut etmək, Ermənistanın iri dövlətlərin əlində oyuncaq olmasını hamıya göstərmək, Ermənistanın regional inteqrasiyanın ən böyük maneəçisi olmasını beynəlxalq aləmə bildirmək və Ermənistanın regional sabitlik üçün ən böyük təhlükə olduğunu regional güclərə inandırmaq olduğunu dilə gətirib. O, ikinci istiqamətinin isə Azərbaycanm hərbi sahədəki uğurları olduğunu qeyd edib.

 

Hadisələrin hansı istiqamətdə inkişaf edəcəyini ATƏT-in Astana sammiti müəyyənləşdirəcəyini söyləyən ekspert bildirib ki, müharibə Ermənistanın indiki rəhbərliyi üçün həyati zəruridir: "Birincisi, Ermənistan Dağlıq Qarabağı müharibədə aldığı kimi müharibədə uduzur və bununla da həm də əhalini qorxudur. İkincisi, Serj Sərkisyan müharibənin başlanmasını Rusiyanın Ermənistandan qovulması prosesinə çevirir. Rusiyanın Ermənistandan qovulması barədə Serj Sərkisyanın öhdəliyinin olması və buna iki il yarımlıq hakimiyyəti dövründə bir neçə dəfə cəhd etməsi artıq heç kimə sirr deyildir".

 

Ermənistanın müharibə üçün nəinki iqtisadi, heç hərbi resurslarının da olmadığını vurğulayan M.Əhmədoğlu işğalçı ordunun şəxsi heyətinin döyüş ruhunun xeyli aşagı olduğunu ifadə edib: "Ermənistan ordusunda klassik "dedovşina" əvəzinə, həbsxana iyerarxiyası fəaliyyətdədir. Ordunun çağırışçılarla birlikdə müqaviləçilərdən təşkil olunması, arası kəsilməyən insidentlər Ermənistan ordusunun gücünün deyil, zəifliyinin nəticəsidir. Ermənistan ordusu cəmi bir aydır ki, ət və sabunla təmin olunub. Ət və sabunla təmin olunma Serj Sərkisyana gurultulu bəyanatlar verməyə səbəb oldu".

 

İşğal olunmuş Ağdam rayonu ərazisində keçirdiyi genişmiqyaslı hərbi təlimlər Ermənistanın hərbi-siyasi fiaskoya uğramasının nümunəsi olduğunu deyən SİTM rəhbəri Azərbaycanın da bilərəkdən Ermənistanın fiaskoya uğramasında iştirak etdiyini söyləyib: "Həştərxan görüşündə atəşkəs rejiminin möhkəmləndirilməsi üçün əlavə etimad tədbirlərini Ermənistan hərbi təlim keçirmək kimi reallaşdırdı. Bununla da, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi istiqamətində irəli sürdüyü təklifə kəskin neqativ münasibətini bildirdi. Ermənilər hərbi təlimlər keçirməyə başlarkən Azərbaycan aviasiyası tərəfındən hücum gözləyirdilər. Qoşunların təmas xəttində daim hərəkətdə olan Azərbaycan hərbi aviasiyası isə həmin gün heç bir addım atmadı. Ermənilərin Ağdamdakı hərbi təlimlərinin kulminasiya nöqtəsinİ noyabrın 11-nə nəzərdə tutmuşdular. Azərbaycan Prezidenti Ağdam ərazisində oldugu üçün Azərbaycan hərbi aviasiyası həmin təlimlərə imkan vermədi. Ermənilər hərbi təlimlərin kulminasiya nöqtəsini noyabrın 12-də reallaşdırdılar. Bununla da, ermənilər bir daha bütün aləmə sübut etdilər ki, onlar Dağlıq Qağlıq münaqişəsinin tənzimlənməsinin yolunu bilmirlər. Rusiyaya və beynəlxalq aləmə meydan oxumaqla Dağlıq Qarabağ münaqişəsinin həllinin yetişdiyinə və bu həllin Ermənistanın iştirakı olmadan baş tutmasının mümkünlüyünə inanmağa çağırdılar".

Bütün xəbərlər Facebook səhifəmizdə