Azərbaycanın ədliyyə naziri AŞ-na üzv ölkələrin ədliyyə nazirlərinin 30-cu konfransında iştirak edəcək
Sabah Türkiyənin İstanbul şəhərində Avropa Şurasına (AŞ) üzv ölkələrin ədliyyə nazirlərinin 30-cu konfransı keçiriləcək. SİA-nın xəbərinə görə, noyabrın 26-dək davam edəcək tədbirdə məhkəmə sistemi və penitensiar müəssisələrin təkmilləşdirilməsi məsələləri müzakirə olunacaq.
Konfransda AŞ baş katibinin müavini Mod de Bur-Bukikkio məruzə ilə çıxış edəcək.
Eyni zamanda tədbirdə Azərbaycan nümayəndə heyəti də iştirak edəcək. Ədliyyə Nazirliyindən SİA-ya verilən xəbərə görə, Azərbaycanı konfransda ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov təmsil edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB