Fevralda AŞPA-nın Azərbaycan üzrə həmməruzəçilərinin Bakıya səfərləri planlaşdırılır

Fevralda AŞPA-nın Azərbaycan üzrə həmməruzəçilərinin Bakıya səfərləri planlaşdırılır

AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Cozef Debona Qrext (Malta) və Pedro Aqramuntun (İspaniya) Assambleyanın monitorinq proseduru çərçivəsində Azərbaycana növbəti səfəri 2011-ci ilin fevralına planlaşdırılır. SİA-nın xəbərinə görə, bu barədə məlumat Avropa Şurasının internet saytında yerləşdirilib.

 

Qeyd edək ki, 2001-ci ildə Avropa Şurasına daxil olarkən, Azərbaycan üzərinə bir sıra öhdəliklər götürüb. Onların əməl olunmasına nəzarət Monitorinq Komitəsi tərəfindən aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə