Milli Məclis "Sərhəd qoşunları haqqında“ qanuna dəyişikliyi qəbul edib

Milli Məclis "Sərhəd qoşunları haqqında“ qanuna dəyişikliyi qəbul edib

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Sərhəd qoşunları haqqında" qanuna dəyişikliyi müzakirə edilib. SİA-nın məlumatına görə, layihə barədə MM sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov məlumat verib. Layihəyə görə, sərhəd mühafizə orqanı yaradılır və strukturda bir sıra dəyişiklik edilir. Müzakirələrdən sonra layihə səsə qoyularaq qəbul edilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə