Milli Məclisin növbədənkənar daha iki plenar iclası keçiriləcək

Milli Məclisin növbədənkənar daha iki plenar iclası keçiriləcək

Azərbaycan Milli Məclisinin iyunda keçiriləcək növbədənkənar daha iki plenar iclasının tarixi məlum olub. SİA-nın xəbərinə görə, iyunun 28 və 29-da ardıcıl iki iclas keçiriləcək. Plenar iclaslarda "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında" qanuna dəyişiklik layihəsinin müzakirə ediləcəyi nəzərdə tutulur. Xatırladaq ki, parlamentin növbədənkənar sessiyasının ilk iclası bu gün, iyunun 12-də keçirilir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə