Politoloq: “PKK iki dəfə Ərdoğanı aldatmağa cəhd etdi" MÖVQE

Politoloq: “PKK iki dəfə Ərdoğanı aldatmağa cəhd etdi" MÖVQE

“Vaxt var idi, Türkiyənin kənarda hərbi əməliyyat aparması üçün Ankaranın uzun-uzadı danışıqlar aparması, kimisə razı salması lazım idi, əməliyyat başlayandan sonra isə kəskin reaksiyalarla üzləşirdi. İndi isə Türkiyə ordusunun qonşu ölkələrdə hərbi əməliyyat aparması adiləşib və kimsə buna kəskin reaksiya vermir, tam əksinə bunu normal qəbul edir. Çünki, Türkiyə ordusu Suriya və İraqda terrorçularla savaşır, onların bazalarını bombalayır”. Bunu SİA-ya politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, PKK fürsəti əldən verdi: “Əgər PKK Rəcəb Təyyub Ərdoğanın 2000-ci illərin əvvəllərindəki “barış sürəcinə” müsbət reaksiya verib tərksilah olunsaydı, bu gün ağır itkilərlə üzləşməzdi: “PKK iki dəfə Ərdoğanı aldatmağa cəhd etdi, dedilər ki, silahlı mübarizədən çəkilib siyasi mübarizəyə qoşulurlar, liderləri Abdullah Öcalanın Diyarbəkirdə məktubları oxundu. Ancaq hamısı yalan çıxdı. PKK-nın silahı yerə qoymaq fikri yox idi. Terroçularla mübarizənin tək yolu var – onları neytrallaşdırmaq lazımdır. Ərdoğan da bu yoldan başqa alternativ görmür. Kandil əməliyyatı tam gücü ilə davam edir. İraq hökuməti biz söz demir, çünki Türkiyənin terrorçularla mübarizə haqqını tanıyır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə