İsrail qeyri-qanuni qaçqınların qarşısının alınması məqsədi ilə Misirlə sərhəddə böyük səddin tikintisinə başlayır. SİA-nın voanews.com-a istinadən verdiyi xəbərə görə, İsrailin Müdafiə Nazirliyi onlarla buldozerin bu gün sərhəddə işə başladığını bildrib.
Tamamlanması bir ilə nəzərdə tutulan səddin 370 milyon dollara başa gələcəyi deyilir. İsraillə Misir arasındakı sərhəd narkotik maddələr qaçaqmalçılığı və ağır iqtisadi vəziyyətdə olan Afrika qaçqınlarının istifadə etdiyi əsas tranzit yoludur. İsrailə keçmək istəyən qaçqınlar Misir sərhədçiləri tərəfindən tez-tez atəşə məruz qalır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB