Türkiyə uzun mənzilli raket seçimində qərar mərhələsinə gəlib. SİA-nın "trt"yə istinadən verdiyi xəbərə görə, elan edilən tenderə maraq göstərən firmalar arasındakı rəqabət də artıb.
Türkiyənin hava və raket müdafiə sistemini inkişaf etdirmək üçün həyata keçirməyə hazırlaşdığı layihə T-LORAMİDS adlanır. İngiliscə qısaldılmış adın türkcə tərcüməsi "Türkiyə Uzun Mənzilli Hava və Raket Müdafiə sistemi" deməkdir.
Hazır alma yolu ilə inventara girəcək raketin seçim mərhələsi başlayıb. Bu çərçivədə elan edilən tenderdə ABŞ "Patriot", Çin "FD-2 BİN, Fransa və İtaliya birgə istehsal məhsulu olan Aster -30, SAMP-T, Rusiya isə S-300 və S-400 raketləri ilə yarışır. Bu ölkələr Türkiyənin qərar mərhələsinə gəlməsi ilə birlikdə öz aralarındakı rəqabəti sürətləndiriblər.
İtaliya-Fransa ortaq şirkəti Ankarada təmsilçilik açaraq ASELSAN, ROKETSAN və AYESAŞ ilə xoş niyyət protokolu imzalayıb. ABŞ firmaları isə Birləşmiş Ərəb Əmirliklərinə satacağı "Patriot" raketlərinin anten-rele stansiyası layihəsi, istehsalı və test fəaliyyətləri üçün ASELSAN-la 12 milyon dollarlıq müqavilə imzalayıb.
Rusiya da daha öncə vermək istəmədiyi S-400 raketlərini satmağı qəbul edib. Türkiyənin əlində hazırda 144 kilometr mənzilli Nike Hercules raketləri var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB