Lənkəranda ədliyyə işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilib
Lənkəran şəhərində ədliyyə işçilərinin peşə bayramı qeyd olunub. SİA-nın cənub bürosunun məlumatına görə, Lənkəranda fəaliyyət göstərən Ədliyyə Nazirliyinin regional şöbəsinin, rayon məhkəməsi əməkdaşlarının, rayon Qeydiyyat Şöbəsinin və digər təşkilatların nümayəndələrinin iştirak etdiyi tədbirdə Lənkəran rayon məhkəməsinin sədri vəzifəsini icra edən Azər Səmədov çıxış edərək dövlətimiz tərəfindən ədliyyə sisteminin inkişafına böyük diqqət yetirildiyini, peşə bayramlarının ulu öndər H.Əliyev tərəfindən təsis olunduğunu deyib.
Natiq bu sənədin ədliyyə orqanlarının fəaliyyətinə göstərilən diqqət və qayğının təzahürü olmaqla bərabər, onların üzərinə daha böyük məsuliyyət qoyduğunu bildirib. O, həmçinin müasir dövrdə prezident İ. Əliyev tərəfindən həyata keçirilən ardıcıl tədbirlər nəticəsində ölkə ədliyyə sisteminin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu önə çəkib.
Tədbirdə ədliyyə işçiləri çıxış edərək onlara göstərilən yüksək etmadı bundan sonra da doğruldacaqlarını, vəzifələrini qanunların aliliyini əsas tutmaqla yerinə yetirəcəklərini söyləyiblər.
Sonda çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Səmədağa Abdullayev ədliyyə işçilərini peşə bayramları münasibətilə təbrik edib və onların bir qrupuna hədiyyələr təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB