22 noyabr 2010-cu il tarixində Nar Mobile Dillerlərin və Distribyutorların satış işinin təşkili və nəticələri barədə növbəti görüş keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə Azerfon MMC-nin baş direktoru Yurgen Pitz ilə yanaşı topdan və pərakəndə satışı ilə məşğul olan distribyutorlar və 250-ə yaxın dilerlər iştirak edirdi.
Görüşün keçirilməsində əsas məqsəd Nar Mobile-ın son illərdə gördüyü işlər və həyata keçirdiyi yeniliklər haqqında, mobil rabitə bazarı və satış sistemində yeniliklərin tətbiq edilməsini müzakirə etmək idi.
Tədbir zamanı Nar Mobile direktoru Çinar Erek çıxış edərək şirkətin son illərdə gördüyü işlərin nəticələri barədə geniş təqdimat etdi.
Daha sonra Nar Mobile Satış direktoru Anar Mirzəyev Dillerlərin və Distribyutorların nəticələrinin təqdimatı və satış sistemində yeni modellərin tətbiq edilməsi barədə geniş məlumat verdi.
Çıxışlardan sonra "Azerfon" MMC-nin əməkdaşları dilerlərin çoxsaylı suallarını cavablandırdılar. Daha sonra tədbir iştirakçıları Nar Mobile-ın iştirakı ilə 23-26 noyabr tarixində 16-cı Azərbaycan Beynəlxalq "Telekommunikasiya və İnformasiya Texnologiyaları" BakuTel 2010 Sərgisinə dəvət olundular.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB