Almaniya BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

Almaniya BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

BMT-nin Baş Assambleyası Təhlükəsizlik Şurasına iki il müddətinə - 2019-2020-ci illər üçün beş yeni qeyri-daimi üzv seçib. SİA-nın verdiyi məlumata görə, Almaniya da bu beş üzvdən biri olub.

Avropa ölkələrindən Belçika da Təhlükəsizlik Şurasında qeyri-daimi yer alıb.

BMT Təhlükəsizlik Şurasındakı digər yerləri CAR, Dominikan Respublikası və İndoneziya tutublar.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə