Yan Zahradil: "Avropa Şurasında Azərbaycanla bağlı qəbul edilən qərəzli qərarlara son qoymaq lazımdır"

Yan Zahradil: "Avropa Şurasında Azərbaycanla bağlı qəbul edilən qərəzli qərarlara son qoymaq lazımdır"
"Bu il Azərbayanla Avropa arasında münasibətlər fərqli olacaq". SİA-nın məlumatına görə, bunu bu gün Bakıda keçirilən Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının sammitində Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının prezidenti, Avropa Parlamentinin Beynəlxalq Ticarət Komitəsinin vitse-prezidenti, Avropa Parlamentinin üzvü Yan Zahradil bildirib. Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının prezidenti deyib ki, bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunur: "Təəssüf ki, parlament üsul idarəsinə əsaslanan bu Cümhuriyyət cəmi 2 il hökm sürüb. Dünən prezident İlham Əlyiev mənimlə görüşdə bildirdi ki, 9 Avropa ölkəsi Azərbaycanla strateji əməkdaşlıq sazişi imzalayıb. Ümid edirəm ki, bu dövlətlərin sayı artacaq. Təəssüf ki, Avropa Şurasında Azərbaycanla bağlı birtərəfli və qərəzli qərarlar qəbul olunub, buna son qoymaq lazımdır". Sabitliyin önəmini vurğulayan Yan Zahradil qeyd edib ki, sabitlik olimadan uğurlara nail olmaq mümkün deyil: "Çox şadıq ki, Alyansımız da Azərbayanla sıx əməkdaşlıq edir. Bütöv Azərbaycan Xalq CXəbhəsi Parttyası bizimlə s ıx əməkdaşlıq edir. Biz bütün mürəkkəbliyə baxmyaaraqq, Azərbayxaenın ymnındayıq. Bizim Alyansımızın simvolu alovlu şirdir, Azərbaycan da odlar ölkəsidir. Dünən bizə təklif edildi ki, hər il Avropada Mühafizəkarlar və İslahatçılar Alyansınının tədbirini Bakıda keçirək. Məncə, bu, uğurlu təklifdir ".
Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə