Misir Mərdanov məktəbə hicablı formada gələn şagirdlərə xəbərdarlıq etdi

Misir Mərdanov məktəbə hicablı formada gələn şagirdlərə xəbərdarlıq etdi
Təhsil Nazirliyinin hicabla bağlı mövqeyi qətidir. SİA-nın xəbərinə görə, bunu təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında şagirdlərin məktəbə hicabla getməsinə münasibət bildirərkən deyib. O bildirib ki, artıq ümumtəhsil məktəblərində məktəbli formasına keçilib. Təhsil nazirinin sözlərinə görə, buna görə də orta məktəb şagirdləri kimliyindən asılı olmayaraq dərsə məktəbli formasında gəlməlidir.

"Azərbaycanın dövlət məktəblərində təhsil alan şagirdlər dərsə məktəbli formasında gəlməlidir. Lazım gələrsə, məktəbli formasında məktəbə gəlməyən şagirdlər dərsə buraxılmayacaq. I-XI siniflər məktəbə məktəbli formasında gəlməlidir", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə