“Şərq tərəfdaşlığı” ölkələri xarici işlər nazirlərinin illik görüşünün baş tutmamasının səbəbi məlum oldu
Brüsseldə "Şərq tərəfdaşlığı" ölkələri xarici işlər nazirlərinin illik görüşünün baş tutmamasına səbəbi iştirakçıların iş təqvimlərinin üst-üstə düşməməsidir. Bunu SİA-ya açıqlamasında Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi deyib. O, görüşün vaxtının hələlik bəlli olmadığını söyləyib: "Toplantı çətin ki, bu il baş tutsun, çünki ilin sonuna çox qalmayıb".
Qeyd edək ki, noyabrın 23-də Brüsseldə "Şərq tərəfdaşlığı" ölkələri xarici işlər nazirlərinin illik görüşü keçirilməli idi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB