Ədliyyə işçiləri peşə bayramını qeyd edir

Ədliyyə işçiləri peşə bayramını qeyd edir

Bu gün Azərbaycanda ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunur. SİA-nın xəbərinə görə, peşə bayramı günü münasibətlə ədliyyə işçiləri Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib, məzarı önünə əklil qoyublar. Ziyarətçilər arasında Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədov, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Ali Məhkəmənin sədri Ramiz Rzayev də olub.

 

Daha sonra ədliyyə işçiləri Şəhidlər Xiyabanını ziyarət ediblər. Yanan məşəlin önünə əklil qoyublar.

 

Qeyd edək ki, 22 noyabr - 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edilib. Bu günün ədliyyə işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi ilə bağlı 11 noyabr 2000-ci ildə Azərbaycan prezidenti Heydər Əliyev sərəncam imzalayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə