Zahid Oruc: “Astana Sammitində Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müsbət addımların atılması ilə bağlı ümidlərim var”- AÇIQLAMA
"Ümid edirəm ki, dekabrın 1-2 tarixlərində ATƏT-in Astanada keçirilən toplantısında qarşıdakı dövr üçün Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ən azı danışıqların fəal keçirilməsi mərhələsi başlansın, əvvəlki tepmin bərpa olunması üçün irəliləyə doğru addımlar atılsın". Bu sözləri millət vəkili Zahid Oruc SİA-ya açıqlamasında deyib. O bildirib ki, keçmişdə bizi daha çox sərhəd diplomatiyası və digər bu kimi siyasi planlar narahat edirdisə, hazırda bu məsələlər yoxdur. Geosiyasi konteksin danışıqlarda çox önəmli rol oynadığını deyən Z.Orucun sözlərinə görə, məhz bu amillərə görə bəzən Ermənistan, bəzən də Azərbaycan müxtəlif addımlar atmalı olur.
Millət vəkili vurğulayıb ki, 2010-cu ildən sonrakı dönəm kimi razılaşdırılmış məqamları əldə saxlayaraq onlara təkrar qayıtmamaq şərtilə razılaşdırılmamış müddəalar üzərində işləri gücləndirmək lazımdır: "Bunun reallaşması üçün Rusiyanın imkanları və siyasi iradəsi yetərincə mövcuddur. Başqa bir qüvvələrin təsirləri münaqişənin həlli istiqamətindəki prosesi mürəkkəbləşdirir. Ona görə Astana Sammitində Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müsbət addımların atılması ilə bağlı ümidlərim var. Amma bu, Rusiyanın strateji düşünə bilməyindən asılıdır. Etiraf etmək lazımdır ki, bu ölkənin siyasi elitasında parçalanmış mövqe mövcuddur. Onların bir qismi hesab edir ki, Dağlıq Qarabağ məsələsi həll olunarsa, Rusiya Cənubi Qafqazda öz maraqlarını reallaşdıra bilməyəcək. Digər bir qismi isə əksinə düşünür. Yəni bu münaqişənin həlli Qərbi, NATO-nu regiona daha çox gətirə bilər. Bu səbəbdən də münaqişənin həll olunması müəəyən mənada bu fikir tərəfdarlarının hansının qalib gələcəyindən asılıdır".
Açıqlaması zamanı sammit qabağı düşmən tərəfdən yönələn sərt bəyanatlara da toxunan Z.Oruc söyləyib ki, Ermənistanın daxili vəziyyəti gərginləşən kimi bir taktika olaraq münaqişədən istifadə etməyə başlayır. Onun sözlərinə görə, son hadisələr işğal olunan Dağlıq Qarabağda və Ermənistanın ordusunda mənəvi psixoloji durumun gərgin olduğunu sübut edir: "İstənilən halda Ermənistan hakimiyyəti əməliyyatların, təlimlərin Azərbaycana deyil, daha çox özlərinə qarşı yönəldiyini nəzərə alır. Buna görə də düşmən tərəf sərt bəyanatlar səsləndirməklə hərbi ritorikanı qabartmaq istəyir. Hətta neytral beynəlxalq ekspertlər də hesablayırlar ki, Azərbaycanın iqtisadi, siyasi, diplomatik gücünün artması fonunda Ermənistan çox zəif bir vəziyyətdədir. Bu gün Rusiyanın hərbi qüvvələri orda olmasa əmin edirəm ki, Azərbaycan çoxdan özünü hərbi məqsədinə çatmışdır".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB