ATƏT-in Bakı ofisi Gəncədə polislər üçün təlim seminar keçirəcək

ATƏT-in Bakı ofisi Gəncədə polislər üçün təlim seminar keçirəcək
ATƏT-in Bakı ofisi Azərbaycan polisi və daxili qoşunları üçün seminar keçirəcək. SİA-nın məlumatına görə, seminar noyabrın 22-dən dekabrın 3-dək Gəncədə alman polis təlimatçıların iştirakı ilə baş tutacaq. Təlimə nəzəri və praktiki məşğələlər daxildir, seminara müvafiq dövlət qurumlarının 70-dək nümayəndəsi qatılacaq. Seminarın nəzəri hissəsinə polisin nümayişlərdə davranışı, saxlanan zaman insan ləyaqətinə hörmət kimi məsələlər ətrafında müzakirələr daxildir.

Bütün xəbərlər Facebook səhifəmizdə