Türkiyənin növbəti hədəfi: Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı
Son illərdə izlənilən aktiv xarici siyasət nəticəsində bir çox beynəlxalq vəzifələrin ohdəsindən layiqincə gələn Türkiyənin hədəfində bu dəfə Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Baş Katibliyi var. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, dövlət başçısı Abdullah Gülün təhlükəsizlik məsləhətçiliyini edən Türkiyənin Braziliyadakı Səfiri Çatsın Ərçin Türkiyənin AGİT Ümumi Katiblyinə namizədliyini irəli sürdyünü bildirib.
Gələn ilin ortalarında ATƏT-in baş katibliyinə müddətini bitirən fransız Mark Perrin de Brişambonun yerinə namizəd olan Səfir Çatsın indidən bir çox ölkənin dəstəyini alıb. Çatsın Ərçin Qazaxıstanda 1-2 dekabrda reallaşacaq ATƏT liderlər zirvəsində Türkiyə prezidenti Abdulla Gül ilə birlikdə üzv ölkələrdən dəstək istəyəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB