Arzu Nağıyev: “Rusiya və İran Dağlıq Qarabağda müharibənin olmasında maraqlı deyil” AÇIQLAMA
“Paşinyan ilk dəfə 7 rayonun qaytarılması haqqında müəyyən anonslarla çıxış etmişdi”. Bunu SİA-ya açıqlamasında Politoloq Arzu Nağıyev deyib.
Onun sözlərinə görə, bu çıxışa görə, Paşinyana satqın damğası vurub parlamentdən uzaqlaşdırmaq istədilər: “Lakin Paşinyan müəyyən jest etdi. İlkin olaraq Dağlıq Qarabağa səfər etdi və öz oğlunu Dağlıq Qarabağa döyüşmək üçün göndərdi. Həmçinin Paşinyan Dağlıq Qarabağ separatçılarını üçüncü tərəf kimi danışıqlara cəlb etməyə çalışdı. Məlum məsələdir ki, Bako Saakyan Serj Sarkisyanın təyin etdiyi separatçıdır və Dağlıq Qarabağda özünün dəsti-xətti ilə seçilən qondarma rəhbərlərdən biridir. Buna görə düşünürəm ki, Bako Saakyan arasında problemlərin olmaması üçün Paşinyan çalışacaq ki, onu dəyişsin. Əgər qondarma qurum özünü separatçı bir dövlət adlandırırsa, rəhbər dəyişməyi də ancaq içəridən ola bilər. Yəni İrəvan təbii ki, Dağlıq Qarabağdakı müəyyən proseslərə rəvac verə bilər. Eyni zamanda müəyyən prosesləri keçirdə bilər. Lakin qondarma prezidentin dəyişdirilməsi məsələsi separatçı qurumun içindən baş verməlidir. Məlum məsələdir ki, Dağlıq Qarabağda hər hansı irəliləyişlərin olmaması sakinləri də narahat edir. Hamıya məlumdur ki, Ermənistanda baş verən kasıbçılıq birbaşa Dağlıq Qarabağ məsələsinin həll edilməməsi ilə bağlıdır. Bako Saakyan və onun komandası da Dağlıq Qarabağda status-kvonu saxlamaqda daha maraqlıdırlar. Bu məsələ dəyişmədiyinə görə proseslər rejimin dəyişdirilməsinə gətirib çıxarda bilər. Yəqin ki, Rusiya Dağlıq Qarabağda baş verən prosesləri çox diqqətlə izləyəcək. Çünki Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində açar fiqurdur. Eyni zamanda regional aktorların ən vacibidir. Buna görə separatçı rejimin rəhbəri ilə görüşlərin, həmçinin Abxaziya və Cənubi Osetiya rəhbərləri ilə də görüşün keçirilməsi buna bir sübut idi. Rusiya prosesləri izləyəcək ki, Dağlıq Qarabağ məsələsi böyük müharibəyə çevrilməsin. Çünki Qarabağda müharibənin olmağı bu gün Rusiya üçün xeyri olmayan məsələdir. Eyni zamanda İran da Qarabağda müharibənin olmasında maraqlı deyil. Hətta Dağlıq Qarabağda hakimiyyət dəyişikliyi olsa da, bu Rusiya ilə birbaşa razılaşdırılmış məsələ olacaq. Azərbaycanın mövqeyi var: Dağlıq Qarabağda rəhbərliyin kimin olmasından asılı olmayaraq, Qarabağ Azərbaycanın tərkib hissəsidir. Suverenlik çərçivəsində Azərbaycan istənilən qurumla danışıqlara getməyə hazırdır”.
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB