Millət vəkili: “Azərbaycanın müasir tarixi 15 iyundan başlayır” MÜNASİBƏT
“Azərbaycanın müasir tarixi 15 iyun 1993-cü ildən başlayır. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycanın ilk növbədə dövlətçiliyinin itirilməsi təhlükəsindən qurtardı. Həmin dövr Azərbaycan vətəndaş müharibəsi vəziyyətində idi. Cəbhədə Ermənistan silahlı qüvvələri ərazilərimizi işğal edərək içəriyə doğru irəliləyirdi. Beynəlxalq aləmdə Azərbaycana hər hansı bir dəstəkdən, sözünün müdafiə edilməsindən söhbət gedə bilməzdi”. Bunu SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.
Deputatın sözlərinə görə, Ümummilli Liderin dərin zəkası, xalqın dəstəyini qazanması ən əsası isə ağır problemlərin həllinə dair konkret təkliflərinin olması Azərbaycanı böyük bir fəlakətdən qurtardı: “Ulu Öndərin hakimiyyətə gəlişi ilə sabitlik yarandı, dövlət quruculuğu prosesi başladı və yeni demokratik prinsiplərə əsaslanan Konstitusiyanın hazırlığına başlandı. Artıq 1995-ci ildə referendum və referendumdan sonra parlament seçkiləri keçirildi. Bütün bunların hamısı göstərir ki, Azərbaycanın bugünkü uğurları, inkişafının əsasını təşkil edən prinsiplər məhz Heydər Əliyevin fəaliyyəti ilə bağlıdır. Azərbaycan xalqı və bütün nəsilləri Ümummilli Liderə tarixi fəaliyyətinə görə, Azərbaycanı yenidən yaratdığına görə daima borclu olacaqlar”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB