İran prezidenti Mahmud Əhmədinejad ölkəsində qızların 16 yaşında evlənməsini istəyib. SİA-nın "cnntürk"ə istinadən verdiyi məlumata görə, dövlət tərəfindən nəşr olunan Cam-i Cem qəzetinin xəbərində qeyd olunub ki, Əhmədinejad "qızlar üçün evlilik yaşı 16-17, kişilər üçün də 20 olmalıdır" deyib.
Dövlət başçısı İranda hazırda qızların ortalama evlilik yaşının 24-26 arasında olmasını da tənqid edib.
Bəzi qəzetlər isə prezidentin qızlar üçün ən yaxşı evlilik yaşının 17-18 olduğunu söylədiyini yazıblar.
Qəzetlər arasındakı bu ziddiyyətin haradan qaynaqlandığı məlum olmayıb, ancaq İran mediasında bu kimi vəziyyətlərə tez-tez rast gəlinir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB