Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

Noyabrın 21-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.

Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumat görə, iclasda 2010-cu il noyabrın 7-də Milli Məclisə keçirilmiş seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılıb. Müraciətlərdən biri qanunla müəyyən olunmuş şikayətvermə müddəti ötürüldüyündən, birində isə tələb aydın olmadığından ərizəçilərin özlərinə geri qaytarılmış, on altısı əsassız olduğundan təmin edilməmiş, biri aidiyyəti üzrə araşdırılması üçün müvafiq DSK-ya göndərilmiş, biri barədə mübahisə predmeti qalmadığından xitam verilib.

Bundan əlavə, 22 saylı Nəsimi ikinci seçki dairəsü üzrə üç, 40 saylı Kəpəz (Gəncə) ikinci seçki dairəsü üzrə bir, 31 saylı Suraxanı ikinci seçki dairəsi üzrə bir, 113 saylı Şəki şəhər seçki dairəsü üzrə beş, 60 saylı Salyan – Neftçala seçki dairəsü üzrə altı, 63 saylı Sabirabad birinci seçki dairəsü üzrə altı, 26 saylı Sabunçu seçki dairəsü üzrə altı seçki məntəqəsində seçicilərin iradəsinin müəyyən edilməsi mümkün olmadığından həmin məntəqələrdə keçirilmiş səsvermənin nəticələrinin etibarsız hesab edilməsi qərara alınıb.

İclasda 2010-cu il noyabrın 7-də Milli Məclisə seçkilərlə bağlı Mərəkəzi Seçki Komissiyasının yekun protokolunun tərtib olunması barədə qərar qəbul edilib.

Komissiyanın iclasında cari məsələlərə də baxılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə