Əli Kərimlinin dələduzluğu Elçibəyin vaxtından başlayır

Əli Kərimlinin dələduzluğu Elçibəyin vaxtından başlayır

KXCP-nin “Yurd” həqiqətləri kitabı bunu sübut edir

Son zamanlar AXCP sədri Əli Kərimlinin maliyyə maxinatorluğunu sübut edən faktlar ictimailəşdikcə, onun hələ illər öncədən bu şakərə mübtəla olması öz təsdiqini tapmaqdadır. Buna misal kimi, KXCP sədri Mirmahmud Mirəlioğlunun təşkilatçılığı ilə hazırlanan “Yurd” həqiqətləri kitabını göstərə bilərik. Ümumiyyətlə, Əbülfəz Elçibəyə qarşı davamlı xəyanətlər edən Kərimlinin müxtəlif zamanlarda törətdiyi oyunbazlıqlarını nəzərə alarsaq, biz bu ünsürün nə qədər keyfiyyətsiz bir məxluq olduğunu bir daha görmüş olarıq. Həmin kitabdan təkcə bir sitata nəzər salaq: “ AXCP sədri Elçibəy Bakıya dönəndən sonra "Yurd" birliyinin özbaşınalığının həddini müəyyənləşdirə bilmişdi. Bu qrupun fəaliyyətini diqqətlə araşdırır və ola biləcək fəsadların qarşısnı almağa çalışırdı. Təşkilatın onsuz da məhdud olan maliyyə vəziyyətini yoxlamaq üçün 4 nəfərdən ibarət özəl bir komissiya yaratmışdı. Komissiyanın tərkibində Zöhrab Abdullayev, Şamil Quliyev, Ülvi Həkimov, Elçin Paşayev də var idi. Komissiya konkret bir məbləğin (95.000 ABŞ dolları) qazanc gətirməsi və xərclənməsi ardıcıllığını izlədi və bu pulun üç nəfərə istifadəyə verildiyini araşdırdı. Əldə edilən qazancın necə xərcləndiyini araşdırarkən məlum oldu ki, Seymur adlı bir şəxs, Əliyev familiyalı digər şəxs və həmin komissiyanm üzvü Z.Abdullayev bir müddət həmin qazancı doğrudan da təşkilatın xəzinəsinə təhvil vermiş və AXCP sədrinin I müavini İ.İbrahimlinin imzası ilə əmək haqqı ödəməyə və digər xərclərə sərf olunmuşdur. Bir neçə dəfə həmin puldan böyük məbləğdə "Azadlıq" qəzetinə borc verilmiş, sonralar bu borclar ya qaytarılmamış, ya da bağışlanmışdır. Müəyyən müddət sonra Abdullayev özünün işlətdiyi pulun geri almadığını və xərcləndiyini bildirir. Seymur adlı şəxsdən nəinki qazanc gəlmir, pulun əsas hissəsi də geri qaytarılmır. Əliyev deyilən şəxsdən də qazanc gəlmir və pulun əsas hissəsi də geri qaytarılmır.”

Əli Kərimlinin maliyyə fırıldaqları

O da qeyd olunur ki, təkcə Əli Kərimli AXCP-nin 150 min dollarını mənimsəyərək, bu məbləğin Türkiyəyə aparılmasını təmin edib. Məhz sözügedən kitabda da bildirilir ki, bütün bunlar AXC-AXCP-nin orqanlarının və üzvlərinin çox ağır maddi durumda fəaliyyət göstərdikləri bir vaxtda baş verib. “Rayon (şəhər) şöbələrinə problemlərlə əlaqədar heç bir kömək göstərilməmiş, mərkəzi aparat “yurdçu” olmayan əməkdaşlarına 1994-cü ilin sonlarından başlayaraq əməkhaqqı, ezamiyyə xərcləri verilməmişdir”-deyə qeyd edilən ifadələrdə digər məsələlər də qabardılıb və burada əsas olaraq, Əli Kərimlinin maliyyə fırıldaqları üzə çıxıb. Mənzillər, bahalı avtomobillər, cangüdənlər, qəzetlər, muzdlu yazarlar dəstəsi - bütün bunlar yalnız Kərimlinin komfortlu həyat sürməsinə hesablanmış sübutlardır.

Yeri gəlmişkən, o da bəllidir ki, Türkiyədə, Sadıx Attar adlı Türkiyə vətəndaşında batan və şəxsən Əli Kərimlinin təqdim etdiyi 154 min dolların təfsilatlı hekayəsi var. Belə ki, faiz götürərək qazanc məqsədi ilə verilən AXC pullarının Türkiyədə necə batırılması barədə faktlar da bunu sübut edir.

Əli Kərimli siyasi fəaliyyətə başladığı dövrlərdən etibarən maddi maraqlarının ardınca gedib.

Onu da qeyd edək ki, “Milli İdeya Naminə” Dövlətçiliyə Dəstək İB-nin sədri Hürrü Əliyevin mətbuatda yayılan müraciəti Ə.Kərimlinin digər maxinasiyalarını ifşa edib. Məsələn, Hürrü Əliyev bildirir ki, Ə.Kərimli əvvəllər də, indi də təşkilata edilən hər hansı maddi dəstəkləri partiyanın inkişafına deyil, yalnız öz maraq və məqsədləri üçün istifadə etməkdədir. Onun sözlərinə görə, hətta, vaxtilə Türkiyədən göndərilmiş 100.000 (!!!) ABŞ dollarını bu şəxs partiya məqsədlərinə deyil, Rusiyada biznes fəaliyyəti ilə məşğul olan yaxınlarının istifadəsinə vermişdi.

Bu sözləri bir şəxsin digərinə qarşı ittihamı kimi qəbul etmək olar. Amma nəzərə alınmalıdır ki, H.Əliyev AXC dövründə təşkilatın fəal üzvlərindən, həmçinin, vaxtilə ölkənin rəhbəri olmuş şəxsin qardaşı oğlu kimi Ə.Elçibəyə yaxın şəxslərdən idi. Bu baxımdan, onun havadan danışmadığını, sözlərinin həqiqətə yaxın olduğunu demək olar. Eyni zamanda Ə.Kərimlinin xarici qüvvələrdən maliyyələşdiyi bəlli məsələdir. Onun, müzakirə mövzusu milli maraqlar olsa belə, antiazərbaycan qüvvələrin sözlərini deməsi, lazımi məqamlarda onların sifarişi ilə ölkədə iğtişaşların yaradılmasına cəhdlər etməsi və dəfələrlə xaricdən qrant adı altında maliyyələr alması faktı öz təsdiqini tapıb.
H.Əliyevin sözlərindən də bəlli olur ki, Ə.Kərimli siyasi fəaliyyətə başladığı dövrlərdən etibarən maddi maraqlarının ardınca gedib.
Ə.Kərimlinin maliyyə mənimsəmələrini müxtəlif QHT-lərlə yanaşı, onun idarəçiliyində olan “Azadlıq” qəzeti vasitəsilə də apardığı haqqında kifayət qədər məlumatlar var. Misal üçün, Rusiyada yaşayan azərbaycanlı milyonçu Sakit Allahverdiyevin bir neə il əvvəl 20 min manata qədər pulunun Ə.Kərimli tərəfindən mənimsənildiyi ilə bağlı açıqlamasını göstərmək olar. Onun sözlərinə görə, bu pulları “Azadlıq” qəzetinə verib, amma həmin pullar nə qəzetin maddi-texniki bazasının, nə də müxbirlərin iş şəraitinin yaxşılaşdırılmasına xərclənməyib, birbaşa olaraq Əli Kərimli tərəfindən mənimsənilib.
Bu gün sosial şəbəkələrdə özünü aydan arı, sudan duru göstərməyə çalışan Əli Kərimlinin əslində nə qədər iyrənc və dələduz olması artıq bu reallıqlarda öz təsdiqini tapmaqdadır.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə