Tarixi NATO zirvәsi başa çatıb

Lissabonda keçirilәn tarixin әn önәmli NATO zirvәsindә Türkiyәni qaneedici nәticәlәr әldә edilib. Gәlәcәk 10 ilin strategiya doktrinasının müәyyәn edildiyi sammitin yekununda Türkiyәnin gözlәntilәrinә cavab verilib.

SİA-nın "TRT Haber"ə istinadən verdiyi xəbərə görə, raketәleyhinә müdafiә sisteminin NATO torpaqlarının vә qüvvәlәrinin tamamını әhatә edәcәyi vurğulandıqda, raketәleyhinә müdafiә sistemindә heç bir ölkә tәhdid olaraq göstәrilmәyib.

Raketәleyhinә müdafiә sistemi layihәsindә kontrol vә nәzarәtin mart, әmәliyyat planının iyun ayındakı NATO müdafiә nazirlәri toplantısında müzakirә edilәcәyi bildirilib. Bu hәssas toplantıların hazırlıqlarını görmәsi üçün NATO Şurasına vәzifә tapşırılıb.

Lissasondakı zirvәdә NATO-Rusiya әlaqәlәrindә yeni bir sәhifә açıldığının da siqnalları verilib.

Lissabondakı zirvәdә önәmli bir toplantıda isә Әfqanistan mәsәlәsi müzakirә olunub. Әfqanistan prezidenti Hәmid Karzai vә BMT Baş Katibi Pan Gi Munun da qatıldığı toplantıda, NATO ilә Әfqanistan arasında uzun müddәtli ortaqlıq sazişi imzalanıb. Hәmin sazişlә Әfqanistanın öz nәzarәtini öhdәsinә götürәnәdәk NATO tәrәfindәn dәstәklәnәcәyi tәsdiqlәnib.

Türkiyә rәsmilәri, Portuqaliyanın paytaxtı Lissabonda iki gün davam edәn zirvә yığıncağından mәmnuniyyәtlәrini bildiriblәr. Dövlәt başçısı Abdullah Gül Türkiyәnin yeritdiyi qәrarlı siyasәtlә NATO-nun gücünü qoruduğunu söylәyib.

Dövlәt başçısı Gül, xarici işlәr naziri Әhmәd Davudoğlu ilә Lissabonda xarici mәtbuat nümayәndәlәrilә mәtbuat yığıncağı keçirib. Gül, zirvәdә Türkiyәnin öz prinsiblәrini qoruduğunu xatırladaraq, belәliklә NATO-nun müdafiә tәşkilatı olduğu bir daha tәsdiqlәndi vә sәhv başa düşmәlәrin qarşısını aldıq. Bu zirvәdә hәr kәs bunu gördü"-deyә vurğulayıb.

Gül atılan addımların sadәcә Türkiyәnin yox, Türkiyә vә ABŞ arasındakı yaxın әmәkdaşlığın nәticәsi olduğunu söylәyib. Dövlәt başçısı Әfqanistan vә Rusiya mövzulu toplantıların sәmәrәli keçdiyini bildirәrәk sammitin yekununda qәbul edilәn qәrarlarda Türkiyәnin dә dayağının olduğunu vә nәticәdә gözәl şeylәr әldә edildiyini söylәyib.

Abdullah Gül ABŞ prezidenti Barak Obama ilә görüşündә isә zirvә ilә yanaşı NATO-Avropa Birliyi әlaqәlәri vә terrorun müzakirә olunduğunu bildirib. Azәrbaycanlı bir jurnalistin sualını cavablandırarkәn dә " biz hәr mövzuda qardaş Azәrbaycana dәstәk olarıq. Bunları danışaraq, әmәkdaşlıq içәrisindә hәyata keçirәrik"-deyә dövlәt başçısı Abdulla Gül ifadә edib.

NATO-nun zirvә toplantısına qatılmaq mәqsәdilә Lissabonda olan Türkiyәnin dövlәt başçısı Abdullah Gül ötәn gün bәzi liderlәrlә dә görüşüb. Zirvәnin son günündә Әfqanistandakı tәhlükәsizliyin qorunmasına töhfә verәn İSAF proqramında iştirak edәn 20 ortaq ölkә vә BMT, bәzi beynәlxalq tәşkilatların nümayәndәlәrilә Әfqanistana dair mәsәlәsini müzakirә etmәk üçün toplantı keçirib.

Dövlәt başçısı Abdullah Gülün dә qatıldığı toplantıda Әfqanistan prezidenti, ABŞ prezidenti, İngiltәrәnin baş naziri vә Avropa Birliyinin rәsmilәri vә digәr liderlәr iştirak edib. Bu arada Gül vә Obama, tәqribәn 10 dәqiqә çәkәn görüş keçirib. Gül, keçirdiyi görüşlәr çәrçivәsindә Hollandiyanın baş naziri Mark Rutte vә İtaliyanın baş naziri Silvio Berluskoni ilә dә görüşüb. Dövlәt başçısı Gül, Gürcüstan prezidenti Mixail Saakaşvili ilә bir araya gәlib.

Gül vә xarici işlәr naziri Әhmәd Davudoğlu ilә NATO Baş Katibi Anders Foq Rasmusen dә görüş keçirmәyә imkan tapıblar. Lissabonda keçirilәn NATO zirvәsindә istәnilәn nәticә әldә olunub, lakin şәhәrin mәrkәzindә ötәn gün toplaşan minlәrlә nümayişçi, "Sülhә Bәli, NATO-ya Xeyr" yürüşü keçirib.

Zirvә toplantısının keçirildiyi yerdәn 10 kilometr aralıqda toplaşan nümayişçilәr әylәnәrәk, rәqs edәrәk öz etirazlarını bildiriblәr. Hәmkarlar İttifaqlarının fikrinә görә, nümayiş bir qorxu dövrünün başa çatması mәnası daşıyır. Dünya liderlәri Portuqaliyadakı NATO zirvәsindә Әfqanistana dair toplantı keçirәrkәn, İngiltәrә isә böyük bir etiraz nümayişinә sәhnә olub.

Paxtaxt Londonda 20 minәdәk hәrb müxalifi nümayiş keçirәrәk, İngiltәrәnin Әfqanistan vә İraqdakı hәrbçilәrini çıxarmasını istәyib. İngiltәrә baş naziri Devid Kameron İngiltәrә hәrbçilәrinin hәmin ölkәlәrdәn çıxarılma tarixi olaraq 2015-ci ili ifadә etdiyi әsnada, ölkәsindә hәmin nümayiş keçirilirib.

İngilis Müsәlmanlar Birliyi vә Nüvә Hәrb Müxaliflәri tәrәfindәn keçirilәn nümayişә tәqribәn 20 min nәfәr qatılıb. Çıxışlardan sonra yürüş başladan minlәrlә nümayişçi, şüarlar söylәyәrәk parlament binasına qәdәr gedib.

Bütün xəbərlər Facebook səhifəmizdə