Tarixçi: ““Qarakənd hadisəsi", 20 Yanvar faciəsi və digər tarixi hadisələr araşdırımalıdır”
Azərbaycanın müstəqillik tarixinin ən faciəli hadisələrindən biri - "Qarakənd faciəsi" araşdırılmamış məsələdir. SİA-nın xəbərinə görə, bu barədə millət vəkili, tarixçi Yaqub Mahmudov məlumat verib. O bildirib ki, həmin dövrdə Azərbaycanı əldən verməməkdən ötrü imperiya qüvvələri Moskvada xüsusi əməliyyat tədbirləri həyata keçirir, onların xüsusi təxribat qrupları fəaliyyət göstərirdi. Onun sözlərinə görə, Azərbaycanın yerli qüvvələrindən də səfərbərliyə alınmamış deyildi: "Bu baxımdan da vertolyot qəzası araşdırılmalıdır. Bu bizim xalqımıza vurulan çox ağır bir zərbədir. Bizim ziyalılar, dövlət idarəçiliyi ilə məşğul olan adamların qaymağını aradan götürməklə ermənilərə təslim olmağa çalışırdılar. Bu hadisə, 20 Yanvar və digər hadisələr araşdırımalıdır. Çünki bütün o sənədlərin hamısı Azərbaycandan aparıldı və bu izi itirməkdən ötrü Azərbaycan xalqına qarşı təxribat xarakterli işlər görüldü. Gələcək nəsillər bunu araşdıracaq, şübhəsiz ki, bu məsələlər üstüörtülü qalmayacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB