Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ötən gün ABŞ dövlət katibi Mayk Pompeo ilə görüşündə Menbiçlə bağlı əldə olunan razılaşmanın detallarını açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Suriyanın Menbiç əyalətinin YPG/PYD kürd terrorçu qruplaşmalarından təmizlənməsinə dair yol xəritəsi 3 mərhələdə icra olunacaq.
Birinci mərhələdə 10 gün ərzində ABŞ və Türkiyə nümayəndələrindən ibarət ilkin hazırlıq toplantısı keçiriləcək. İkinci mərhələdə YPG terrorçuları Menbiçdən çıxarılaraq Fərat çayının şərq sahillərinə çəkiləcək. Bu zaman terrorçuların əlindəki bütün silahlar alınaraq tərksilah ediləcək.
Üçüncü mərhələdə isə Menbiçin yerli özünüidarə məsələsinə baxılacaq. Bu zaman bölgədəki əhali nisbəti nəzərə alınacaq. Menbiçdə ərəblərin üstünlük təşkil etdiyi yerlərdə idarəçilik və təhlükəsizliyə nəzarət ərəblərə həvalə olunacaq. Digər yerlərdə əgər çoxluq kürdlərə məxsus olsa, yalnız YPG/PYD, PKK xaricindəki kürdlərə idarəçilikdə iştirak haqqı veriləcək.
Çavuşoğlu onu da vurğulayıb ki, üçüncü mərhələdə Menbiçdə sabitliyin qorunması üçün Ankara, Vaşinqton, Bağdad və Ərbil dördtərəfli əməkdaşlıq edəcəklər. Çünki PKK İraqdakı kürd muxtariyyətinin də düşmənidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB