Tahir Kərimli : "Çoxlarımız idarəçiliyi bilmirdik, bu da çoxlu problemlər yaratdı" MÖVQE
"AXC hakimiyyətinin o zamnkı dövrü Ermənistanın hazırki anormal vəziyyəti, Paşinyanın hakimiyyətə gəlməsi, xaos və anarxiya, cəmiyyətlə hökumət arasında qarşılıqlı münasibətlərinin pozulması ilə oxşarlıq təşkil edir". Bunu SİA-ya AXC hakimiyyətində Ali Məhkəmənin sədri olmuş Tahir Kərimli bildirib.
Onun sözlərinə görə, həqiqətən bizim hakimiyyət dövründə dövlət idarəçiliyində işləməyən insanlar vəzifələrə təyin olundu: "Çoxlarımız idarəçiliyi bilmirdik, bu da çoxlu problemlər yaratdı. Xüsusilə torpaqlarımızın xeyli hissəsi işğal olundu. Yəni dövləti idarə eləmək çox çətin idi. Mən o zaman AXC-nin məclisində mərhum Əbülfəz Elçibəyə təklif elədim ki, sən prezident olma. Yəni iclasda, rəsmi olaraq müraciət elədim. İranda, məsələn, prezidentlər olur və onlar da dəyişə bilir. Sən də AXC-nin sədri kimi qal, qoy kim prezident olur-olsun, pis işləsə sonra sən dəyiş bunu. Çünki, AXC-də intizamsızlıq var, sən prezident olsan bu, dövlət strukturlarına keçəcək. Təəssüf edirəm ki, o vaxt Vaqif Səmədoğlu, Təhmasib Novruzov da çıxış elədilər və onlar da eyni cür fikir dedilər. Bildirdilər ki, Elçibəy prezident olmasın. Şəxsən mən neçə illər işləmiş və idarəetmə bacarığı olan təəcrübəli şəxs kimi bilirdim ki, dövləti idarə etmək çətindir. Amma bizi eşitmədilər".
T.Kərimli qeyd etdi ki, AXC hakimiyyətində səriştəsizlik özünü göstərdi və Surət Hüseynov Rusiya tərəfindən ortaya atılaraq qızışdırıldı, qiyam oldu və nəticədə cəbhə hakimiyyəti çox çıxılmaz bir vəziyyətə düşdü: "Belə olan halda Ümummilli Lider Heydər Əliyevi hakimiyyətə dəvət elədilər. Ancaq burda da bir dəhşətli hadisə baş verdi. Xilaskar kimi, dost kimi dəvət olunan Ulu Öndər Heydər Əliyevə bildirildi ki, siz mütləq müxalifət olmalısınız. Dost kimi dəvət etdikləri halda niyə müxalifət olmalı idi? Süni müxalifətçiiyin əsası qoyuldu. Göründüyü kimi hadisələr də bax, bu cür baş verdi. Cəmiyyətdə mərkəzdənqaçma qüvvələri də var idi. Bir-biri ilə yola getməmək və başa düşməməzlik vardı. Mənim özüm hüquqi dövlət modelinin tərəfdarı idim. Yəni ki, qanunlar şah olsun, şah qanun olmasın. Elçibəyi prezidenti olaraq eşitmirdilər. Yəni çox qarışıq bir vəziyyət idi. Ona görə də bu hakimiyyət təbii ki, yaşaya bilmədi. Bir il ömrü oldu. Çoxları elə bunu proqnozlaşdırırdı. Elə Əbülfəz bəyin özü də deyirdi ki, bizim bir il ömrümüz var. Gəncə qiyamı baş verdi. Xalqın çağrışı ilə Bakıya gələn Ulu Öndər Heydər Əliyev dərhal qiyamın baş verdiyi Gəncəyə getdi. Çoxları o zaman Ümummilli Liderə dedi ki, biz də səninlə getmək istəyirik. Cavab isə belə oldu ki, "bu vaxta qədər niyə getmirdiz? İndi mən gedən kimi, niyə qoşulub, getmək istəyirsiz?" Sonra da Əbülfəz bəy Bakını tərk edib, Kələkiyə getdi. Bununla da dövlət başsız qaldı. Ona görə də yük düşdü yalnız Ulu Öndər Heydər Əliyevin üzərinə. Dahi Öndər həm Milli Məclisin sədrliyini, həm prezidentlik səlahiyyətlərinin icrasını üzərinə götürdü. Sonra da çox ustalıqla, çox böyük məharətlə Surət Hüseynovu neytrallaşdırmağı bacardı. Siz təsəvvür edin ki, hətta Xəzər dənizindən Azərbaycan Rusiya tərəfindən blokadaya alınmışdı. Ancaq Ulu Öndər çox böyük çətinliklərlə problemlərin həllinə nail oldu. Qısa müddət sonra əfsanə kimi görünən "Əsrin Müqaviləsi" imzalandı və dövlətdə sabitlik yarandı. O bağlanan müqavilələr də Azərbaycanın bugünkü gələcəyini təmin elədi, iqtisadi şəraiti, rifahı təmin elədi və dövlət ayaq üstə durdu".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB