Abdullah Gül: “Türkiyə NATO və Aİ münasibətlərində çox böyük rol oynayır”
Türkiyənin prezidenti Abdullah Gül Portuqaliyanın paytaxtı Lissabonda davam edən NATO zirvəsi haqqında açıqlama verib. SİA-nın məlumatına görə, dövlət başçısı görüşdə qəbul edilən qərarlardan məmnun olduqlarını bildirib: "Görüşdə qəbul edilən strateji qərarlar bizim istəklərimizə uyğun idi. Rahatlıqla deyə bilərəm ki, görüşdən çox məmnun qaldım".
NATO-Aİ əlaqələrində Türkiyənin rolu haqqında danışan Gül NATO-nun da bu məsləyə diqqət göstərdiyini deyib: "Türkiyə NATO və Aİ-nin münasibətlərində çox böyük rol oynayır. Əminliklə deyə bilərəm ki, başda NATO-nun ümumi sekretarı olmaqla, bir çox Aİ səlahiyyətlisi Türkiyəyə qarşı münasibətlərində daşıdıqları məsuliyyəti bilirlər. Bu zirvə görüşündə də açıq-aşkar göründü".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB