Siyavuş Novruzov: “Astana sammitində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların hansı istiqamətdə davam etdiriləcəyi müəyyənləşəcək” - MÜNASİBƏT

Siyavuş Novruzov: “Astana sammitində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların hansı istiqamətdə davam etdiriləcəyi müəyyənləşəcək” - MÜNASİBƏT
"Astana sammiti ATƏT-in samitlərinin ən vaciblərindən biridir. Bunun Qazaxıstanda keçirilməsinin özü də mühüm əhəmiyyət kəsb edir". SİA-nın xəbərinə görə, bu barədə Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib. Millət vəkili bildirib ki, sammitə hazırlıqla əlaqədar işlər görülür, bu vaxta kimi prezidentlərin görüşləri keçirilib və burada müxtəlif məsələlər müzakirə olunub. Onun sözlərinə görə, ümumilikdə gözləyirik ki, Astana sammitində fundamental şəkildə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətlərində indiyə qədər olan proseslərin hamısına bir nöqtə qoyulacaq və gələcəkdə danışıqların hansı istiqamətdə davam etdiriləcəyi müəyyənləşəcək. S.Novruzov vurğulayıb ki, indiyə qədər olan proseslər dövrümndə Ermənistan tərəfi ikitərəfli və yaxud ATƏT-in həmsədrləri ilə birgə görüşlərdə müxtəlif bəhanələrlə qarşıya qoyulan məqsəddən uzaqlaşıb.

"İnanırıq ki, bu sammitdə Ermənistanın bu məsələlərdən uzaqlaşması ilə onların özlərinin nə qədər qeyri-obyektiv olması ATƏT dövlətləri arasında sübut olunacaq. Mən hesab edirəm ki, gələcəkdə də Avropanın təhlükəsizliyi ilə bağlı olan məsələlərdə Ermənistan tamamilə fərqlənməlidir və bir işğalçı dövlət kimi onunla bağlı yenidən ATƏT-in sammitində qərar qəbul edilməlidir", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə