"Seçkilər Türkiyənin iki əsrlik gələcəyini müəyyən edəcək" XİN rəhbəri
"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan müsəlman ölkələrinin yeganə ümididir". SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Vaşinqtona səfəri zamanı deyib.
ABŞ-da yaşayan müsəlmanlarla görüşdüyünü qeyd edən Çavuşoğlu deyib: "Bir daha anladım ki, Türkiyə və Ərdoğan ümmətin yeganə ümididir".
Çavuşoğlu, ABŞ-da yaşayan Türkiyə vətəndaşlarını 24 iyunda keçiriləcək seçkilərdə fəal iştirak etməyə çağırıb: “Bu seçkilər Türkiyə üçün çox vacibdir. Türkiyə Respublikası tarixinin ən taleyüklü seçkisidir. 24 iyun yalnız 2023-cü ili deyil, Türkiyənin iki əsrlik gələcəyini müəyyən edəcək"-deyə, o bildirib.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB