Putin: "Avropa Birliyi bizim vacib iqtisadi və ticarət ortağımızdır”
Rusiya prezidenti Vladimir Putin ölkəsinin Avropa Birliyini bölmək niyyətində olmadığını bəyan edib. SİA-nın “Ria Novosti”yə istinadən verdiyi məlumata görə, Putin Vyanaya səfəri ərəfəsində verdiyi müsahibədə bildirib: “Tam əksinə biz bütöv və inkişaf edən Avropa Birliyində maraqlıyıq. AB bizim vacib iqtisadi və ticarət ortağımızdır”.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin Avstriyaya səfəri iyunun 5-nə planlaşdırılıb.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB