Azərbaycan Ədliyyə Nazirliyinin nümayəndə heyəti Portuqaliyada təşkil olunan beynəlxalq tədbirdə iştirak edib
Azərbaycan Ədliyyə Nazirliyinin nümayəndə heyəti Portuqaliyada təşkil olunan beynəlxalq tədbirdə iştirak edib. SİA-nın nazirliyin rəsmi saytına istinadən xəbərinə görə, Portuqaliyanın Funşal şəhərində "Xüsusi statusu olan Avropa regionları: imkanlar və perspektivlər" mövzusunda konfrans keçirilib. Tədbirdə Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş mərkəzinin rəisi Mehdi Səlimzadənin rəhbərliyi ilə nümayəndə heyəti Azərbaycanı təmsil edib.
Tədbirdə Avropa regionlarının vəziyyəti, müqayisəli təhlili, maliyyə müstəqilliyi, büdcənin idarə olunması, demokratik institutların və vətəndaş demokratiyasının inkişafı yolları və digər məsələlər müzakirə olunub.
Azərbaycan nümayəndə heyətinin rəhbəri tərəfindən tədbirdə çıxış edilərək, yerli və regional demokratiya sahəsində Azərbaycanda görülən işlər, region olaraq Naxçıvan Muxtar Respublikasının tarixi, siyasi vəziyyəti, statusu və digər məsələlər barədə geniş məlumat verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB