Teleqüllə ətrafında partlamamış sursatların zərərsizləşdirilməsi əməliyyat başa çatıb
Bakı şəhəri Səbail rayonu ərazisində, teleqüllə ətrafında partlamamış sursatların zərərsizləşdirilməsi əməliyyatı ötən gün başa çatıb. Fövqəladə Hallar Nazirliyindən (FHN) SİA-ya verilən məlumatda bildirilir ki, noyabrın 10-dan başlamış əməliyyatlar zamanı FHN və aidiyyəti qurumların mütəxəssisləri tərəfindən ümumilikdə, 2310 ədəd döyüş başlığı olmayan 125 mm zirehli texnika əleyhinə mərmilər aşkar edilib.
Aşkarlanmış mərmilər xüsusi nəqliyyat vasitəsinə yüklənərək aidiyyəti qurumların mütəxəssislərinin müşayiəti ilə xüsusi ayrılmış əraziyə aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB