Deputatımız AŞPA-nın komitə iclasında

Deputatımız AŞPA-nın komitə iclasında
Milli Məclisin deputatı Sahibə Qafarova Avropa Şurası Parlament Assambleyasının Bərabərlik və qeyri-diskriminasiya, Miqrasiya komitələrinin iclaslarında iştirak etmək üçün iyunun 3-dən 6-dək Fransada səfərdə olacaq.Milli Məclisdən SİA-ya verilən məlumata görə, Parisdə keçiriləcək komitələrin iclaslarında Suriyaya qonşu ölkələrdə qaçqınların humanitar vəziyyəti, yeni texnoloji vasitələrdən miqrantların xeyrinə istifadənin əsasları, Avropada diaspora təşkilatlarının fəaliyyəti, uşaqlara qarşı zorakılıqla mübarizə və digər məsələlər barədə fikir mübadiləsi aparılacaq. Deputatımız müzakirə olunan məsələlərə öz münasibətini bildirəcək. Daha sonra Sahibə Qafarova Almaniyanın İqtisadi Əməkdaşlıq və Federal Nazirliyinin dəstəyi ilə "Cənubi Qafqazda Yerli özünüidarəetmə Proqramı" çərçivəsində təcrübə mübadiləsi toplantısında iştirak etmək üçün Avstriyanın paytaxtı Vyanaya səfər edəcək.
Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə