Ağ Evdə Tramp Putin görüşünə hazırlıq gedir

Ağ Evdə Tramp Putin görüşünə hazırlıq gedir

Ağ ev ABŞ Prezidenti Donald Tramp və Rusiya dövlət başçısı Vladir Putin arasında mümkün görüşün keçirilməsi haqqında danışıqlar aparır. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, ABŞ administrasiyasının adı açıqlanmayan bir nümayəndəsinin sözlərinə görə, Birləşmiş Ştatların Rusiyadakı səfiri Con Hantsman hazırda görüşü təşkil etmək üçün ABŞ-dadır.

Lakin görüşün yeri və tarixi hələlik müəyyənləşməyib.

Məlumata görə, iki ölkə liderlərinin rəsmi görüşünün təşkil edilməsi səfir Hantsmanın hazırkı layihəsidir. O, layihənin bir neçə ay davam etdiyini açıqlayıb.

Qeyd edək ki, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov isə bundan öncə verdiyi açıqlamasında prezidentlərin noyabra qədər görüşü ilə bağlı heç bir hazırlığın aparılmadığını bildirmişdi

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə