"Türkiyә Avropa Birliyinә üzv ola bilmәk üçün Qıbrısdan, Qıbrıs üçün dә Avropa Birliyindən imtina etməyəcək"
Dövlәt naziri vә baş müzakirәçi Egemәn Bağış, Avropa Birliyinә üzv bәzi ölkәlәrin Türkiyәnin üzvlüyünə etiraz etmә səbəblərini gizlәtmәk üçün Qıbrıs mәsәlisini ön plana çıxardıqlarını vurğulayıb.
SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, İrlandiyaya sәfәri çәrçivәsindә "Irish Tayms" qәzetinә müsahibә verәn nazir Avropa Birliyinin Türkiyәyә möhtac olduğunu, Birliyә üzv bәzi ölkәlәrin ikili standart adımlarının isə Türkiyәni narahat etdiyini qeyd edib. Türkiyәnin Avropa Birliyinә üzv ola bilmәk üçün Qıbrısdan, mәhz Qıbrıs üçün dә Avropa Birliyindən imtina etməyəcəyini xatırladan Egemən Bağış Türkiyәnin bu mövzularla bağlı haqlı sәbәblәrinin olduğunu və bunun üçün də uygun hәll yollarının tapılması üçün sәylәrin davam etdirildiyini vurğulayıb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB