YAP-ın Səbayıl rayon təşkilatı partiyanın yaradılmasının 18-ci ildönümü ilə bağlı tədbir keçirilib
Bu gün YAP-ın Səbayıl rayon təşkilatı partiyanın yaradılmasının 18-ci ildönümü ilə bağlı tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə YAP Rayon Şurasının üzvləri, Milli Məclisin üzvləri, Gənclər Təşkilatının İdarə Heyəti, partiya veteranları, ictimai birliklərin üzvləri və başqaları iştirak ediblər.
Tədbiri giriş sözləri ilə açan YAP-ın Səbail rayon təşkilatının sədri Zahid Qaralov partiyanın fəaliyyətə başladığı gündən bu günə kimi gördüyü işlər haqqında danışaraq bildirib ki, Səbayıl rayonuna ulu öndər Heydər Əliyev xüsusi qayğı göstərirdi: "YAP Səbayıl rayon təşkilatı partiyanın 18 yaşı olmasına baxmayaraq fəaliyyət göstərdiyi illərdə dövlətin mənafeyinə uyğun bir çox işlər görüb, qısa müddət ərzində tanınıb. Ulu öndərimiz deyirdi ki, mən də Səbayıl rayonunda qeydiyyatda olmuşam, bu rayon Bakı şəhərinin mərkəzidir. Ona görə də bu rayonda YAP-ın inkişafına xüsusi qayğı göstərilməlidir".
Bütün bunlardan sonra YAP-a göstərilən qayğıdan danışan sədr yeni binanın istifadəyə hazır olduğunu deyib: "Prezidentimiz İlham Əliyevin səyləri nəticəsində YAP-ın Səbayıl rayon təşkilatının yeni binası artıq tikilib və istifadəyə hazır vəziyyətdədir. Binada 16 otaq var, bu isə bütün heyətin rahatlıqla otaqla təmin olunacağı anlamına gəlir".
Daha sonra çıxış edən Vilayət Əliyev İlham Əliyev siyasətinin Azərbaycandakı roluna toxunaraq prezidentimizin fəaliyyətlərindən danışıb: "Dünyada elə cavan prezident yoxdur ki İlham Əliyev qədər nailiyyətləri olsun. Prezidentimizin yeritdiyi siyasət nəticəsində Azərbaycan bu gün bütün dünya ölkələri arasında tanınıb və öz yerini tutub".
V.Əsgərov YAP üzvlərini partiyanın 18-ci ildönümü münasibətilə təbrik edərək uğurların davamını arzulayıb. Tədbir çıxışlarla davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB